“UMİCO və VİSA-dan Yeni Hyundai Tucson və İPhone 15 Pro QAZANIN” ADLI STİMULLAŞDIRICI TİRAJLI LOTEREYANIN KEÇİRİLMƏSİ BARƏDƏ ŞƏRTLƏR

“UMİCO və VİSA-dan Yeni Hyundai Tucson və İPhone 15 Pro QAZANIN” adlı stimullaşdırıcı tirajlı lotereyanın keçirilməsi barədə bu Şərtlərdə (bundan sonra Şərtlər) istifadə olunan əsas anlayışlar aşağıdakılardır: Umico platforması – “Umico” mobil tətbiqi və ya “Umico.az” saytıdır. “Kapital Bank” ASC-nin Visa kartı – Visa beynəlxalq ödəniş sisteminə qoşulmuş “Kapital Bank” ASC-nin bank kartıdır.
1. TƏŞKİLATÇI VƏ SİFARİŞÇİ HAQQINDA MƏLUMAT

1.1. Lotereyanın təşkilatçısı: “Proxy” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra “Təşkilatçı” adlanacaqdır).

— Təşkilatçının hüquqi ünvanı: AZ1015, Bakı şəhəri, Xətai raronu, İnqlab İsmayılov küçəsi, ev 46, mənzil 66;

— Təşkilatçının faktiki ünvanı: AZ1065, Azərbaycan, Bakı şəhəri, Bakıxanov küçəsi, 48C;

— VÖEN: 2005810211;

— Əlaqə nömrələri: (012) 493 31 90; (055) 300 44 26;

1.2. Lotereyanın obyektləri: bu Şərtlərə uyğun “Kapital Bank” ASC-nin Visa kartı (üzərində “Visa” sözü yazılan “Kapital Bank” ASC-nin bank kartları) vasitəsilə Umico platformasında 50 manat dəyərində və ya daha yuxarı məbləğdə alınmış malların müştərilərinə çatdırılması;

1.3. Sifarişçi: “Competo” MMC.

2. LOTEREYANIN ADI, FORMASI, MÜDDƏTİ VƏ KEÇİRİLDİYİ ƏRAZİ

2.1. Lotereyanın adı və forması: “UMİCO və VİSA-dan Yeni Hyundai Tucson və İPhone 15 Pro QAZANIN” stimullaşdırıcı tirajlı lotereya (bundan sonra “Lotereya”).

2.2. Lotereyanın başlama tarixi: 30 oktyabr 2023-cü il

2.3. Lotereyanın bitmə tarixi: 31 dekabr 2023-cü il

2.4. Tirajların sayı (tarix aralığı): 10

I tiraj – 30.10.2023–05.11.2023;

II tiraj – 06.11.2023–12.11.2023;

III tiraj – 13.11.2023–19.11.2023;

IV tiraj – 20.11.2023–26.11.2023;

V tiraj – 27.11.2023–03.12.2023;

VI tiraj – 04.12.2023–10.12.2023;

VII tiraj – 11.12.2023–17.12.2023;

VIII tiraj – 18.12.2023–24.12.2023;

IX tiraj – 25.12.2023–31.12.2023;

X tiraj – 30.10.2023–31.12.2023.

2.5. Lotereyanın keçirilmə ərazisi: Azərbaycan Respublikası.

2.6. Lotereyanın uduş fondunun baş tutacağı tarixləri:

I tiraj üzrə 20.11.2023-cü il;

II tiraj üzrə 27.11.2023-cü il

III tiraj üzrə 04.12.2023-cü il;

IV tiraj üzrə 11.12.2023-cü il;

V tiraj üzrə 18.12.2023-cü il;

VI tiraj üzrə 25.12.2023-cü il;

VII tiraj üzrə 01.01.2024-cü il;

VIII tiraj üzrə 08.01.2024-cü il;

IX tiraj üzrə 18.01.2024-cü il tarixdə saat 14:00-də

X tiraj üzrə 18.01.2024-cü il (uduş fondu 30.10.2023 - 31.12.2023-cü il tarix aralıqlarında əldə edilmiş və uduşu olmayan lotereya biletləri arasında oynalıcaqdır) tarixdə saat 15:00-də

2.6. Lotoreyanın uduş fondlarının baş tutacağı məkan: Azərbaycan Rəspublikası, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr pr. 25Е, Bakı Ağ Şəhər Ofis Binası (I-VIII tirajlar üzrə) və Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu, Xaqani Rustəmov küçəsi 4C, ünvanında yerləşən Baku Marriott Hotel Boulevar ( IX-X tirajlar üzrə)

3. LOTEREYADA İŞTİRAK VƏ UDUŞUN MÜƏYYƏN EDİLMƏSİ QAYDALARI

3.1. Lotereya iştirakçısı olmaq istəyən şəxs https://lotterymarket.umico.az/ hiperkeçidə daxil olmaqla lotereya şərtləri ilə tanış ola bilər. Umico platformasının istifadəçilərinə Umico mobil tətbiqi vasitəsilə lotereyada iştirak etməsi barədə bildiriş gəlir. Lotereya iştirakçışı olmaq istəyən şəxs həmin bildirişi təsdiq etməklə və Umico platforması ilə nəzərdə tutulmuş məlumatları daxil etməklə lotereyada iştirak etməsinə dair razılığı bildirir. İştirakçılar “915 – Çağrı mərkəzi”nə zəng edib sorğu yaratmaqla lotereya şansı barədə məlumat əldə edə bilər.

3.2. Lotereyada iştirak edən şəxs bu Şərtlərə uyğun olaraq hər tiraj üçün nəzərdə tutulmuş müddət ərzində “Kapital Bank” ASC-nin Visa kartı vasitəsilə Umico platformasında onun tərəfindən alınmış və ona çatdırılmış malların (bundan sonra alış(lar)) dəyəri 50(əlli) manata çatdıqda həmin şəxs müvafiq tiraj üzrə lotereyada iştirak etmək üçün 1 şans qazanır. Müvafiq tirajın müddəti ərzində alış(lar)ın dəyəri 50(əlli) manatı keçdiyi halda, artıq olan məbləğ həmin tirajin müddətində edilən digər alış(lar)ın məbləğinə əlavə edilir. Lotereyada iştirak etmək şansı alış(lar)ın müştəriyə təhvil verilməsi günündən yaranır. Əgər alış/sifariş müvafiq tiraj zamanı həyata keçirilərsə və onun çatdırılması bu tirajın müddəti bitdikdən sonra, lakin bu tirajla bağlı uduşların oynanılmasından əvvəl olduqda, lotereyada iştirak etmək şansı alışın aparıldığı (sifarişin rəsmiləşdirildiyi) tiraja aid edilir. Lotereyada iştirak edən şəxs Umico platformasında premium statusuna malik olduğu halda bu Şərtlərə uyğun aparılmış hər alışa görə 2 şans qazanır.

1-ci misal: Lotereyada iştirak edən şəxsə “Kapital Bank” ASC-nin Visa kartı vasitəsilə Umico platformasında 70(yetmiş) manat dəyərində aldığı mallar ona çatdırıldığı halda, həmin şəxs 1 şans qazanır (alış(lar)ın məbləği 50(əlli) manata çatdığında görə), habelə əlavə olaraq “Kapital Bank” ASC-nin Visa kartı vasitəsilə Umico platformasında 30(otuz) manatlıq alış etdiyi halda, həmin şəxs əlavə olaraq 1 şans qazanır (ilkin alışdan 20(iyirmi) manat ikinci alışın məbləğinin üstünə gəlir və nəticədə 50(əlli) manat əmələ gəlir).
2-ci misal: Birinci tiraj dövründə (30.10.2023–05.11.2023) lotereyada iştirak edən şəxsə «Kapital Bank» ASC-nin Visa kartı vasitəsilə Umico platformasında 70 manat dəyərində aldığı malın çatdırılması 08.11.2023-cü il tarixdə baş tutduğu halda, malın çatdırılması birinci tirajın uduşunun oynanılmasından əvvəl (20.11.2023) həyata keçirildiyi üçün şəxsə həmin tiraj üçün lotereyada iştirak etmək şansı verilir.
3-cü misal: İkinci tirajın ilk 3 gün müddətində lotereyada iştirak edən şəxs “Kapital Bank” ASC-nin Visa kartı vasitəsilə Umico platformasında 30, 40, 25 və 75 manat dəyərində (cəmi 165 manat) bir neçə alış etdiyi halda, həmin şəxsə 3 şans verilir (150 manat dəyərinə olan alışlara görə, yəni 1 şans = 50 manat hesab olunur) və ikinci tiraj zamanı ediləcək digər alışlara 15 manat əlavə olunur.

3.3. Lotereyada iştirak edən şəxs etdiyi alışda olan malları tam və ya qismən qaytardıqda, həmin şəxsə əvvəl verilmiş lotereya bileti ləğv olunur.

3.4. Tütün və tütün məmulatları, alkoqollu içkilər alışın kassa qəbzində əks olunduğu halda alıcıya lotereya bileti təqdim edilmir.

Misal: Lotereyada iştirak edən şəxs “Kapital Bank” ASC-nin Visa kartı vasitəsilə Umico platformasında 100 manat dəyərində mallar aldıqda, onların alkoqollu içki, tütün və ya tütün məmulatları olduğu halda, həmin şəxsə lotereya biləti təqdim edilmir.

Bu Şərtlərə uyğun hər alışa görə verilən lotereya bileti iştirakçıya elektron qaydada onun Umico mobil tətbiqində yaradılmış şəxsi kabinətinə göndərilir və orada elektron biletinin nömrəsi (indentifikasiya kodu) və ümumi biletlərin sayı barədə məlumatlar əks olunur. İndefikasiya kodu 7 rəqəmdən ibarət olan və tərkrarlanmayan fərdi nömrə olacaqdır (Misal: 1337522).

3.5. Bu Şərtlərə uyğun hər alışa görə verilən lotereya bileti iştirakçıya elektron qaydada onun Umico mobil tətbiqində yaradılmış şəxsi kabinətinə göndərilir və orada elektron biletinin nömrəsi (indentifikasiya kodu) və ümumi biletlərin sayı barədə məlumatlar əks olunur. İndefikasiya kodu 7 rəqəmdən ibarət olan və tərkrarlanmayan fərdi nömrə olacaqdır (Misal: 1337522).

3.6. Uduşların oynanılması təsadüflük prinsipi əsasında lotodron vasitəsilə həyata keçiriləcəkdir. Belə ki, elektron biletinin identifikasiya kodu qeyd olunduğu kuponlar lotodrona əlavə ediləcəkdir. Uduş fonduna daxil olan hədiyyə elan olunduqdan sonra, lotodron hərəkətə keçiriləcək və nəticədə qalib gələn şəxsin elektron biletinin indentifikasiya kodu seçilmiş kupon üzərindən aparıcı tərəfindən göstərilərək elan olunacaqdır.

3.7. Qaliblər və uduşlar bu Şərltərin 2.6-ci bəndində qeyd olunan tarixdə Azərbaycan Rəspublikası, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr pr. 25Е, Bakı Ağ Şəhər Ofis Binası ünvanında (IX-Xtirajların oynanılması istisna olmaqla) keçiriləcək hər tirajın nəticələrinə əsasən müəyyən ediləcək. IX-X-ci tirajlar üzrə qaliblərin müəyyən edilməsi üçün uduş fondunun oynanılması Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu, Xaqani Rustəmov küçəsi 4C, ünvanında yerləşən Baku Marriott Hotel Boulevarda həyata keçirələcəkdir.

3.8. Lotereya canlı yayımda https://www.instagram.com/umico.market/ hiperkeçid üzərindən sosial şəbəkədə yayımlanacaq, habelə lotereyanın qalibləri barədə məlumatlar sosial şəbəkədə və kütləvi informasiya vasitələrində elan olunacaq və hər bir qalıb olan şəxsə müvafiq SMS göndəriləcəkdir.

3.9. Lotereyada qalib olan şəxs Azərbaycan Rəspublikası, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr pr. 25Е, Bakı Ağ Şəhər Ofis Binası ünvanına yaxınlaşaraq şəxsiyyətini təsdiq edən sənədi və Umico platformasında qeydiyyatdan keçdiyi zaman istifadə etdiyi mobil nömrəsi və “Umico” platformasında qalib gələn şəxsi kabinetində əks olunan elektron biletin indefikasiya kodunu təqdim etməlidir, sonuncu isə həmin məlumatların düzgünlüyünü yoxlamalıdır. Bundan sonra uduşun təhvil-təslimi aktı qalib olan şəxs və Təşkilatçı tərəfindən imzalanmalıdır, sonuncu isə lotereya qalibinin şəxsiyyət vəsiqəsinin surətini akta əlavə etməlidir. Qalib şəxs aktı imzalamaqla hədiyyəni tam qaydada və qüsursuz əldə etdiyini təsdiqləmiş olacaqdır. Qaliblər, uduşlar elan olunduqdan 90 (doxsan) iş günü ərzində onları təhvil almalıdır.

3.10. Müvafiq tiraj üçün təqdim edilmiş elektron biletlər növbəti tirajda istifadə edilmir (10-cu tirajda istifadə edilməsi istisna olmaqla). Həmçinin, 10-cu tirajda digər tirajlar üzrə (30.10.2023 - 31.12.2023-cü il tarix aralıqlarında olan tirajlar üzrə) uduşların qazandığı elektron biletlər istisna olmaqla, digər lotereya biletlərində həmin uduş fondunda qazanmaq şansı olacaqdır.

3.11. Qalib olan şəxs uduşu özü əldə edə bilmədiyi halda, onun numayəndəsi notarial qaydada təsdiq edilmiş etibarnaməni və bu Şərtlərin 3.9-cu bəndində qeyd olunan müvafiq sənəd və məlumatları Təşkilatçıya təqdim etməklə əldə edə bilər.

4. LOTEREYANIN UDUŞ FONDU HAQQINDA MƏLUMAT

4.1. Bu Şərtlərin 3-cü maddəsinə uyğun olaraq qeydə alınan iştirakçılar aşağıdakı cədvəldə əks olunan hədiyyələri əldə etmək hüququna malik olacaqdır:

I Tiraj üzrə:

2 ədəd – İPhone 15 Pro (Blue Titanium, 128 Gb)

3 ədəd – AirPods Pro

II tiraj üzrə:

2 ədəd – İPhone 15 Pro (Blue Titanium, 128 Gb)

3 ədəd – AirPods Pro

III tiraj üzrə:

3 ədəd – İPhone 15 Pro (Blue Titanium, 128 Gb)

3 ədəd – Airpods Pro

IV tiraj üzrə:

3 ədəd – İPhone 15 Pro (Blue Titanium, 128 Gb)

3 ədəd – Airpods Pro

V tiraj üzrə:

3 ədəd – İPhone 15 Pro (Blue Titanium, 128 Gb)

3 ədəd – Airpods Pro

VI tiraj üzrə:

4 ədəd – İPhone 15 Pro Max (Blue Titanium, 256 Gb)

4 ədəd – Airpods Pro

VII tiraj üzrə:

4 ədəd – İPhone 15 Pro Max (Blue Titanium, 256 Gb)

4 ədəd – Airpods Pro

VIII tiraj üzrə:

5 ədəd – İPhone 15 Pro Max (Blue Titanium, 256 Gb)

5 ədəd – Airpods Pro

IX tiraj üzrə

4 ədəd – İPhone 15 Pro Max (Blue Titanium, 256 Gb)

5 ədəd – Airpods Pro

X tiraj üzrə

1 avtomobil - Hyundai Tucson (buraxılış - 2023-cü il, rəngi - boz metalik, 1.6 Е-GDİ, hybrid, ban tipi -universal). Avtomobilin tam texniki göstəricilər bu Şərtlərə 1 saylı Əlavədə göstərilir.

4.2. Qeyri-pul uduşlarının əvəzinə onların pul ekvivalentinin ödənilməsinə yol verilmir.

4.3. Uduşun alınması zamanı lotereya qalibi bu Şərtlərin 3.9-cu bəndində qeyd olunan sənədləri və məlumatları vaxtında təqdim etmədiyi təqdirdə uduşu əldə etmək hüququnu itirir.

4.4. Uduşlar bu Şərtlər ilə müəyyən edilmiş müddətdə lotereyanın qalibi tərəfindən əldə edilməyibsə və ya həmin şəxs təqdim etdiyi səhv əlaqə məlumatlarına görə qalib olduğu barədə xəbərdar olmayıbsa, həmin uduşlar Təşkilatçının sərəncamında qalır.

4.5. Uduş fonduna hər-hansı əlavə vəsaitin qoyulması nəzərdə tutulmamışdır.

5. LOTEREYA BARƏDƏ MƏLUMATIN TƏQDİM EDİLMƏSİ VƏ DƏRC EDİLMƏSİ QAYDALARI

5.1. Lotereyanın keçirilməsi şərtləri kütləvi informasiya vasitələrində, xüsusilə, sosial şəbəkələrdə qeyd edilir.

5.2. Təşkilatçı lotereyanın uduş fondu oynanıldıqdan sonra 5 (beş) iş günü ərzində uduş fondu barədə sosial şəbəkədə və kütləvi informasiyası vasitələri üzərindən məlumat verir. Lotereyanın uduş fondunun oynanılmasının nəticələrinin açıqlanması uduşlu lotereya elektron biletlərinin identifikasiya nömrələrinin, habelə onların hər birinə düşən uduşların kütləvi informasiya vasitələrində elan edilməsi yolu ilə həyata keçirilir.

5.3. Lotereyada iştirak şərtləri barədə məlumatları internet informasiya resursunda https://lotterymarket.umico.az/, sosial şəbəkədə, habelə “915 -Çağrı mərkəzi”nə zəng etməklə əldə etmək olar: (bazar ertəsi - cümə günləri, saat 09:00-dan 18:00-dək, danışıq dəyəri iştirakçının istifadə etdiyi rabitə operatorun tariflərinə uyğun olaraq iştirakçıdan tutulur).

6. LOTEREYADA İŞTİRAKLA BAĞLI İSTİSNALAR

6.1. Aşağıda göstərilən şəxslər Lotereyada iştirak etmək hüquqları yoxdur və istənilən halda Lotereyanın iştirakçısı sayılmırlar:

— 18 yaşına çatmamış şəxslər;

— Təşkilatçının və Sifarişçinin əməkdaşları.

7. DİGƏR MÜDDƏALAR

7.1. Lotereyada iştirak edən şəxs lotereyaya qoşularaq Umico mobil tətbiqində yerləşdirilən bu Şərtlərlə tanış və onun bütün müddəaları ilə razı olduğunu, habelə bütün şərtləri və tələblərini yerinə yetirmək öhdəliyini qəbul etmiş olur.

7.2. Təşkilatçı lotereyada qalibin yazılı razılığı ilə onun adı, soyadı, atasının adı, foto, video, audio və digər məlumatların reklam məqsədləri üçün istifadə edə bilər. Təşkilatçı lotereyada udan şəxsin yazılı razılığı ilə göstərilən məlumatların, foto şəkillərin, müsahibələrin və digər materialların kütləvi informasiya vasitələrində, habelə hər hansı çap, audio-video, materiallarında pulsuz olaraq istifadə edə bilər. Bu cür təqdimat materiallara dair bütün hüquqlar Təşkilatçıya məxsusdur.

7.3. Təşkilatçı onun təqsirindən asılı olmayan və ya üçüncü şəxslərin təqsirindən irəli gələn hallara görə (məsələn, internet şəbəkəsənin işlək olmaması görə) məsuliyyət daşımır.

7.4. Təşkilatçı iştirakçılar tərəfindən verilən səhv məlumatın təqdim edilməsinə görə məsuliyyət daşımır.

7.5. Lotereyanın təşkilatçısı və iştirakçıları arasındakı mübahisələrə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmədə baxılır.

7.6. Lotereyanın şərtlərində dəyişiklik edilməsi üçün lotereya Təşkilatçısı dəyişilmiş şərtlərlə keçiriləcək ilk oyun tarixinə azı 7 (yeddi) iş günü qalmış səlahiyyətli orqana müraciət edir. Lotereyanın şərtlərində dəyişiklik edilməsi ilə bağlı müraciət səlahiyyətli orqana daxil olduğu gün qeydiyyata alınır və həmin tarixdən etibarən 3 (üç) iş günündən gec olmayaraq, səlahiyyətli orqan dəyişikliklər edilməsinə icazənin verilməsi və ya bundan imtina edilməsi barədə qərar qəbul edir.

7.7. Lotereyanın şərtlərində dəyişiklik edilməsinə razılıq verilməsi və ya bundan imtina edilməsi barədə qərar lotereya təşkilatçısına təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

7.8. Lotereya iştirakçılarının lotereyanın təşkili ilə bağlı bütün iddiaları lotereyanın Təşkilatçısına - Bakı şəhəri, AZ1065, Bakı şəhəri, Bakıxanov küçəsi, 48C, 5-ci mərtəbə ünvanına çatdırılmalıdır.

7.9. Bu Şərtlərlə nəzərdə tutulmayan digər məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tənzimlənəcəkdir.